Parisdə ara qarışdı: Minlərlə insan Makrondan bunu tələb edir

Parisdə minlərlə insan küçələrə axışaraq Fransa hökumətinə qarşı etiraz aksiyası keçirib. 

Globalinfo.az xəbər verir ki, “Sülh naminə” aksiyasının iştirakçıları Fransanın NATO-dan və Avropa İttifaqından çıxmasını tələb ediblər.

“Dövlətimizi azad etmək lazımdır. Fransa milli maraqlar və sülh naminə mübarizə aparmaq üçün müstəqil olmalıdır”, – deyə Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib.

Məlumata görə, aksiyaya minlərlə insan qoşulub. Onlar “NATO-dan tez çıxın” və “NATO-nu dayandırın” şüarları səsləndiriblər.

Qeyd edək ki, bu, Fransada keçirilən ilk aksiya deyil. Bu cür tələblərlə sonuncu nümayiş martın ortalarında Parisdə keçirilib.

Əliyar Xəlil
Globalinfo.az