İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü – YENİLƏNİB

Ermənistanda Gorus-Qafan yolunda avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xilasetmə işləri davam edir.

***

İrandan gələn avtobus Zəngəzurda aşıb.

Globalinfo.az xəbər verir ki, qəza nəticəsində avtobus yoldan çıxaraq Qafan-Tatev yolunda dərəyə yuvarlanıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Erməni mətbuatı avtobusun İrandan gəldiyi haqda məlumat paylaşıb.

Əliyar Xəlil
Globalinfo.az