Türk ölkələrinin səfirləri ABŞ-da görüşdü

Türkiyənin Vaşinqtona yeni təyin olunmuş səfiri Sədat Önal azərbaycanlı həmkarı Xəzər İbrahimlə görüşüb.

Globalinfo.az  xəbər verir ki, bu barədə X.İbrahim X hesabında bildirib.

“Türkiyənin yeni təyin olunmuş səfiri Sədat Önal və xanımı Figen Önala iqamətgahımızda qardaşlarımızla (Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Vaşinqtondakı səfirləri) birlikdə xoş gəldin dedik. Tək millət, iki dövlət”, – səfir vurğulayıb.

Qeyd edək ki, Sədat Önal daha öncə Türkiyənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.