Azərbaycan Avrasiya İttifaqına üzv ola bilərmi? – Bakının mövqeyi belədir

Ermənistan ilə Azərbaycan arasında sülh istiqamətində danışıqların genişlənməsi bir sıra yeni məsələləri aktuallaşdırır. Söhbət rəsmi Bakının gələcəkdə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməsi ehtimalından gedir.

Prezident İlham Əliyev Azərbaycanın gələcəkdə Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilməsi ehtimalını istisna etməməsi müzakirə olunur.

Azərbaycan Avrasiya İttifaqına üzv ola bilərmi? Şərtlər buna imkan verir?

Mövzunu Globalinfo.az-a şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov da deyib ki, Azərbaycanın Aİİ-na üzvlük məsələsi aktual deyil və buna dair rəsmi müraciət də olmayıb:

“Azərbaycan digər sahələrdə olduğu kimi iqtisadiyyatda da azad, müstəqil siyasət həyata keçirir. Bu müstəqilliyin qorunub saxlanılması rəsmi Bakı üçün prioritetdir.

Avrasiya İqtisadi Birliyi və Azərbaycan: üzvlük realdırmı?

Rəsmi Bakı Aİİ üzvü olan ölkələr ilə ayrı-ayrılıqda yüksək münasibətlərə malikdir. Ölkəmiz bu ölkələr ilə münasibətlərin bundan sonra da bənzər şəkildə inkişaf etdirilməsində maraqlıdır. Xarici ticarət dövriyyəmiz ildən-ilə artır. Buna görə də hesab edirəm, Aİİ-yə üzvlük məsələsi hazırda müzakirə mövzusu deyil və rəsmi Bakı müstəqil xarici iqtisadi siyasi kursa sadiq qalacaq”.

Politoloq Elxan Şahinoğlu Globalinfo-ya deyib ki, Azərbaycanın Aİİ-na üzv olması hazırda müzakirə mövzusu deyil:

“Rəsmi Bakı bu günə qədər bu məsələni gündəmə gətirməyib. Təbii ki, bunun birdən çox səbəbi olsa da əsas səbəb Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi idi. Bu gün torpaqlarımız işğaldan azad edilsə də Ermənistanla hələlik yekun sülh müqaviləsi imzalanmayıb. Bu baş tutmadığı halda adıçəkilən təşkilat ilə bağlı danışmaq doğru olmaz.

Prinsip etibarilə Azərbaycanın Aİİ ölkələri ilə ayrı-ayrılıqda yüksək səviyyədə çoxşaxəli əlaqələri var. Bundan başqa, təşkilatın indiki məqamda Bakıya verə biləcəyi xüsusi bir fayda da yoxdur. Gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanar, ikili münasibətlər qurular və milli maraqlarımız uyğun gələrsə, bu zaman Aİİ-yə üzvlük məsələsi də gündəmə gələ bilər”.

Turan Rzayev
Globalinfo.az