Namiq Hacıheydərli vəfat etdi

Şair-publisist Namiq Hacıheydərli vəfat edib. 

Globalinfo.az  xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, bu gün səhər saatlarında qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilən şairin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Namiq Hacıheydərli “Ey türk doğulan”, “Muğanın səsi” kitablarının müəllifidir.