Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin!

Tacikistan vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına getməməyi tövsiyə edib.

Globalinfo.az  xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Tacikistan vətəndaşlarına çox zərurət olmadıqda müvəqqəti olaraq bütün nəqliyyat növləri ilə Rusiyanın ərazisinə getməkdən çəkinmək tövsiyə olunur.