Bu ölkə Ukraynaya 100 milyon dollar verəcək

Avstraliya Ukraynaya 100 milyon dollarlıq yeni yardım paketi təqdim edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Avstraliyanın müdafiə naziri Riçard Marles Ukraynanın Baş naziri Denis Şmıqalla görüşündə deyib.

“Bu gün biz Ukraynaya 100 milyon dollar dəyərində yeni yardım paketini təqdim edirik. Bunun 50 milyonu qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin, daha 30 milyonu isə hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcək. Qalanı isə müxtəlif hərbi məhsulların (qayıqlardan tutmuş dəbilqə və çəkmələrə qədər) alınmasına xərclənəcək”, – Marles vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az