Azərbaycanlı baş məşqçi Xavi ilə görüşdü – FOTO

“Sumqayıt”ın baş məşqçisi Samir Abasovun “Barselona”da təcrübə proqramı davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

Bu gün əsas komandanın məşqini izləyən mütəxəssis Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Hernandezlə görüşüb. Komandanın hazırlıq proqramı ilə maraqlanan S.Abasov həmkarı ilə müxtəlif mövzularda fikir mübadiləsi aparıb.

Görüşdə “Barselona”nın birinci vitse-prezidenti Rafael Yuste İ Abel də iştirak edib.

Qeyd edək ki, bir neçə gündür “Barselona”nın düşərgəsində olan mütəxəssisin səfəri sabah başa çatacaq.