Başa çəkilən liderlər və başa gələn ən gözəl tarix – bir fotonun açdığı şifrələr…

Bu foto internet resurslarında sentyabrın 15-i axşam saatlarında yayıldı. Facebookun Azərbaycan seqmentində şəkli pozitiv şərhlərlə, qeydlərlə minlərlə insan tərəfinfən paylaşdı. Hamının şərhində iki liderin – İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın məclisin başında dayanmaları, Türkiyə prezidentinin ağsaqqal missiyası vurğulanırdı.

Globalinfo.az xatırladır ki, foto Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü öncəsi liderlərin qeyri-rəsmi formatda bir araya gəlmələri zamanı çəkilib. Bu tarixi foto çox şey deyir. Biz də bu tarixin çəkidiyi fotoya öz qeydlərimizi bildirdik. Öncə Facebookda paylaşdıq, sonra saytımızda yaymağa qərar verdik.

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan bu coğrafiyada türk amilini, Türkiyə-Azərbaycan birliyini aparıcı və danılmaz gücə çevirə bildilər. Və bu gücü hər kəsə qəbul etdirdilər. Kimisə, hansısa dövlət başçısını aşağılamaq fikrindən uzağam. Sadəcə bu foto gerçəyi incəliyinə qədər gözlər önünə sərir.

Əliyev-Ərdoğan siyasi ortaqlığı Türkiyəni və Azərbaycanı təkcə regional gücə çevirmədi, dünya siyasətinin mərkəzinə daşıdı.

Bu gün Türkiyə-Azərbaycan tandemi dünya gücləri tərəfindən hesablaşılan, hörmət edilən, yeri gələndə çəkinilən bir güc mərkəzi halına gəlib. Məğlub və məzlum ölkədən, qalib və diqtə edən güclü dövlətə çevrildik.

21-ci əsrdi. Deyilənlər, yazılanlar başa gəlməkdədi. Amma bu dəfə yaxşı mənada…

Globalinfo.az