İsraildən ABŞ-ın təhdidinə SƏRT CAVAB

İsrail Baydenin təhdidinə narahatlıq və qəzəblə reaksiya verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Ölkənin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan ABŞ-ın bu addımının çox məyusedici olduğunuvə  təəssüf doğurduğunu bildirib.

O, bu addımın Baydenin üzləşdiyi təzyiqlə əlaqədar olduğunu deyib.

“İsrail HƏMAS məhv edilənə qədər mübarizəni davam etdirəcək”.

Bu fikiri isə İsrailin xarici işlər naziri İsrael Katz səsləndirib.

Qeyd edək ki, Vaşinqton İsrailin Rəfaha hücumu fonunda Təl-Əvivə silah tədarükünü dayandıracağını açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az