Naxçıvanda qaya uçqunu baş verdi – FOTO

Naxçıvan Muxtar Respubilkasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, qaya uçqunu rayona yağan güclü yağış səbəbindən baş verib. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hadisə yerinə agentliyin əməkdaşları və texnikası əraziyə cəlb olunub. Qısa müddət ərzində yol təmizlənib və hərəkət bərpa edilib.