Bu hadisə ölkəmizin adına xələl gətirdi – Rəhmon

Tacikistan Prezidenti Emomali Rəhmon həmkarı Vladimir Putinlə görüşdə “Krokus Siti Holl”da baş verən terror aktının Tacikistanın nüfuzuna xələl gətirdiyini deyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Terrorun milliyyətinin olmadığını vurğulayan E.Rəhmon bunun qlobal problem olduğunu qeyd edib:

“Hesab edirəm ki, taciklər qədim tarixə, mədəniyyətə və sivilizasiyaya malik xalqdır. Baş verənlər isə təbii ki, bizim üçün qətiyyən yolverilməzdir və xalqımızın imicinə, tarixinə, mədəniyyətinə, adət-ənənələrinə çox ciddi zərbə vurdu. Biz bu məsələlərdə sizinlə sıx əməkdaşlıq etməyə davam edəcəyik”.

Zaira Akifqızı
Globalinfo.az