teyyare 132

Antalyada “Corendon Airlines” şirkətinə məxsus təyyarə ön təkərinin partlamasına görə gövdəsi üzərinə eniş edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə 190 nəfərin olduğu, heç kimin xəsarət almadığı bildirib.

“Təyyarənin eniş zolağına endikdən sonra təkəri partlayıb. Uçuş zolağında qalan təyyarədən 184-ü sərnişin və 6-sı ekipaj üzvü olmaqla, 190 nəfər təxliyə edilib”, – məlumatda qeyd edilib.

Paylaş: