Tavuş etirazçılarının ağ geyimi – “Mənası” görün nə imiş

Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın rəhbərliyi ilə keçirilən “Tavuş naminə Vətən” hərəkatının iştirakçılarının ağ geyimdə olması diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, keşiş Baqrat niyə ağ geyimdə olmaları ilə bağlı sualdan yayınıb.

Ermənistanın müxalif mediası ağ geyimlə bağlı araşdırma aparıb və bunun guya İsa Məsihlə əlaqəli olduğunu iddia edib.

“Ağ rəng Məsihin rəngi hesab olunur. Ağ rəng ruhun saflığı və müqəddəsliyini, əbədi həyatı, eyni zamanda Allaha sədaqəti simvollaşdırır. Məsihin və mələklərin paltarlarının ağ rəngdə təsvir edilməsini xatırlayın”, – qeyd edilib.

Zaira Akifqızı
Globalinfo.az