12 yaşlı uşağı ilan sancdı

Ağdamda 12 yaşlı uşağı ilan sancıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.

Kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda həyatı təhlükə yoxdur.