Tanınmış aparıcıya ağır itki – FOTO

ARB telekanalında çalışan aparıcı Aynur Bağırova övladını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə müğənni Zenfira İbrahimova məlumat yayıb.

O bildirib ki, Sevgi bu gün dünyasını dəyişib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, 2 yaşı olan körpə uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. O, ötən gün klinikalardan birində əməliyyat olunub.

Qeyd edək ki, Aynurun 2021-ci ildə əkiz övladı dünyaya gəlmişdi. O, bir neçə ay sonra oğlunu itirmişdi.