1678352944 photo 2023 03 09 12 21 31

“İranın mövcudluğu təhlükə altına düşərsə, nüvə doktrinasını dəyişməli olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Xameneinin müşaviri  Kamal Xərrazi “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Bizim nüvə bombası yaratmaq qərarımız yoxdur. Lakin İranın varlığına təhlükə yaranarsa, hərbi doktrinamızı dəyişməkdən başqa çarə qalmayacaq. Əgər İsrail rejim nüvə obyektlərimizə hücum etsə, o zaman mövqeyimiz dəyişəcək”.

Xərrazi Qəzzada baş verənlərlə bağlı sualları da cavablandırıb. O bildirib ki, Həmas-la razılaşma olub-olmamasına rəğmən İsrail yenə də təcavüzünü davam etdirəcək.

“HƏMAS atəşkəs sazişi bağlamaq istəyirdi. Lakin İsrail HƏMAS-ın xoş niyyətinə cavab olaraq güc tətbiq etmək qərarına gəlib”, – deyə Xərrazi vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: