Üç güləşçimiz Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəldi

Azərbaycanın üç yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) bu raundadək irəliləməyi bacarıb.

Murad Əhmədiyev (97 kq) isə 1/4 finalda uduzub.

Yarımfinallar Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, hər çəkidə üç idmançı olimpiadaya lisenziya əldə edəcək. Turnir mayın 12-də başa çatacaq.