Vaxt uzadılmadı: Ermənilər Paşinyandan cavab gözləyir – FOTO / VİDEO

 

Erməni arxiyepiskop Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanın istefası üçün verdiyi vaxtı saat 20:00-a qədər uzadıb.

Globalinfo.az xəbər verir ki, bu tələb İrəvanda “Vətən uğrunda Tavuş” hərəkatının təşkil etdiyi ictimai etiraz toplantısında səsləndirilib.

Bundan əvvəl Qalstanyan bir saat ərzində Paşinyanla görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, Baqrat Qalstanyan “istefa” deyil, “gediş” sözünü işlədir.

Müşviq Tofiqoğlu
Globalinfo.az