Üç güləşçimiz Paris-2024-ə lisenziya qazandı – FOTO

f69aa8d1 9c88 3de1 b08f 045df9e788a0 850

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Globalinfo.az xəbər verir ki, idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində rusiyalı Pavel Qlinçuka (AİN) qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) və Rafiq Hüseynov (87 kq) olimpiya lisenziyasına sahib çıxıb.

Beləliklə, Azərbaycan olimpiadaya 23-cü lisenziyanı qazanıb.

***
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Globalinfo.az xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.
O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.
Beləliklə, Azərbaycan Olimpiadaya 22-ci lisenziyanı qazanıb.
0d72153d 94c5 3538 bfc0 9ce7cee1eddc 850 1
***

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Globalinfo.az xəbər verir ki, 28 yaşlı idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində Razvan Arnauta (Rumıniya) qalib gəlib.

Beləliklə, Azərbaycan Olimpiadaya 21-ci lisenziyanı qazanıb.

22b7ee5a 435b 30d2 a2e3 3ab10d34d1ca 850