Qalstanyan Paşinyana bir saat vaxt verdi

 

Baqrat Qalstanyan Nikol Paşinyana istefa üçün bir saat vaxt verib.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, erməni arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyana istefa üçün bir saat vaxt verib.

O, bunu “Vətən naminə Tavuş” hərəkatının İrəvanda keçirilən mitinqində deyib.

Qalstanyan bildirib ki, verilən saat ərzində o, Paşinyanla görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazırdır.

“Bundan sonra sizin Ermənistanda heç bir səlahiyyətiniz yoxdur”, – Qalstanyan vurğulayıb.

Qeyd edək ki, erməni keşişin verdiyi vaxt saat 19:40-da başa çatır.

Müşviq Tofiqoğlu
Globalinfo.az