Zelenski Zalujnıya vəzifə verdi

Ukrayna Prezidenti Vladimir Zelenski səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırdığı Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnını yeni vəzifəyə təyin edib.

Globalinfo.az xəbər verir ki, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Məlumata görə, Zalujnı Böyük Britaniyaya fövqəladə və səlahiyyətli səfir təyin edilib.

Zaira Akifqızı
Globalinfo.az