663d1d4149a81663d1d4149a821715281217663d1d4149a7f663d1d4149a80

Banqladeşdə təlim zamanı qırıcı təyyarə səhər saatların qəzaya uğrayaraq Karnaxuli çayına düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələrinin informasiya xidməti məlumat yayıb.

“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 təlim təyyarəsi Çittaqonq şəhərinin Patenqa ərazisində mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu katapult edərək xilas olublar. Bir pilot xəstəxanada dünyasını dəyişib”, – məlumatda deyilir.

Qeyd edilib ki, dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.

Paylaş: