İrəvan qarışdı: Xocalı qatili ölkədən qaçdı

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ölkədən çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

İddiaya görə, Serj Sərkisyan illik sağlamlıq müayinəsi üçün Almaniyaya gedib. Onun həftə sonuna kimi ölkəyə qayıtması gözlənilmir.

Nəşr yazır ki, keçmiş prezidentdin məhz bu gün, Tavuşdan başlayan yürüşün İrəvana çatacağı, böyük aksiyanın keçiriləcəyi və Nikol Paşinyanın istefasının tələb olunacağı zamanda ölkədən getməsi diqqət çəkir.

Beləliklə Sərkisyanın hazırda Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstyanın rəhbərliyi ilə keçirilən mitinqlərin bundan əvvəl ölkədə təşkil edilən aksiyalarla əlaqəsinin olmadığını göstərmək üçün ölkədən getdiyi bildirilir.

Qeyd edək ki, aksiyaçıların əsas məqsədi demarkasiyaya mane olmaq və Nikol Paşinyanın istefasını tələb etməkdir. Lakin İrəvan hökumətinin istefa vermək fikrində olmadığı, mitinqin uğursuzluqla nəticələnəcəyi qeyd edilir.

Ayşən Mustafa
Globalinfo.az