Almatıda XİN rəhbərlərinin görüşü başa çatdı – VİDEO

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başa çatıb.

Globalinfo.az xəbər verir ki, Mirzoyan-Bayramov görüşünün birinci raundu 4 saatdan çox davam edib.

Danışıqlar əvvəlcə Qazaxıstan XİN rəhbərinin iştirakı ilə baş tutub. Daha sonra görüş təkbətək formatda davam edib.

Danışıqların ikinci raundu sabah keçiriləcək.

Mirzoyan bildirib ki, İrəvanın məqsədi Azərbaycanla sülhə nail olmaqdır.

***14:06

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.

***09:05

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Globalinfo.az bildirir ki, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb - VİDEO