Putin baş nazir postuna onu təklif etdi – Yenilənib

Mixail Mişustin yenidən Rusiyanın baş naziri seçilib. 

Globalinfo.az xəbər verir ki, Rusiya Dövlət Duması onun baş nazir postuna namizədliyini təsdiqləyib.

Dumada onun namizədliyinin lehinə 375 deputat səs verib.

***

Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin yenidən baş nazir vəzifəsinə təyin edilməsini təklif edib.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Qeyd edək ki, Vladimir Putinin inaqurasiyasından dərhal sonra Mixail Mişustinin başçılıq etdiyi Nazirlər Kabineti istefa verib. Baş nazirin namizədliyi Dövlət Dumasının bu gün keçiriləcək plenar iclasında təsdiqlənəcək.

Ayşən Mustafa
Globalinfo.az