Paşinyanın istefası tələbinə niyə rəsmi reaksiya verilmədi? – Aleksanyan açıqladı

Hakim “Mülki müqavilə” Partiyasının üzvü Vaaqn Aleksanyan arxiyepiskop Baqrat Qalstanyanın baş nazir Nikol Paşinyanı istefaya çağırışına niyə rəsmi cavab almadığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, baş nazirin “Ermənistan xalqı istədiyi zaman hakimiyyət dəyişəcək” tezisini təkrarlayıb.

Aleksanyan vurğulayıb ki, Paşinyan xalq tərəfindən seçilib və o, kiminsə birtərəfli tələbi ilə vəzifəsindən kənarlaşdırıla bilməz.

“Ermənistanın legitim baş naziri Nikol Paşinyan ümumxalq səsverməsi yolu ilə bu vəzifəyə seçilib. Robert Köçəryanın tələblərinə əsasən legitim baş naziri vəzifəsindən kənarlaşdırmaq mümkün deyil”, – deyə Aleksanyan bildirib.

O, həmçinin əlavə edib ki, hökumət Ermənistanın hər bir vətəndaşına hörmət edir və xalqın verdiyi bütün sualları cavablayır.

Müşviq Tofiqoğlu
Globalinfo.az