Keşiş meydandan getdi, etirazçılar başsız qaldı – FOTO

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan səhhətində yaranan problemlərə görə müvəqqəti olaraq “Respublika” meydanını tərk edib.

Globalinfo.az xəbər verir ki, arxiyepiskopun ayaqlarının şişdiyi və üzərində yaralar olduğu bildirilib.

“Bir müddət sonra mən meydana qayıdacam və sizinlə, əziz həmvətənlərimlə görüşəcəm”.

O, həmçinin bundan təəssüfləndiyini bildirib və Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla guya gizli görüşlər keçirməsi ilə bağlı şayiələrin əsassız olduğunu deyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az