İrəvan xahiş etdi: rus sərhədçiləri orada qalacaq

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, o bu barədə dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə razılığa gəlindiyini bildirib.

Peskov qeyd edib ki, Ermənistan tərəfinin xahişi əsasında Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar.

Zaira Akifqızı
Globalinfo.az