“Gecə burada qalacağam” – Qalstanyan Paşinyanla bağlı planını açıqladı – VİDEO

“Gecə burada qalacağam, impiçmentə və itaətsizlik aktlarına başlayacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu arxiyepiskop Baqrat Qalstanyan İrəvanın “Respublika” meydanında keçirilən mitinqdə çıxışı zamanı deyib.

O, fəaliyyət planı haqda məlumat verib.

“Nə qədər çətin olsa da, yaxın 2-3 gündə bu əzabları yaşamalıyıq ki, qələbəmizi qazanaq. Başqa yol yoxdur. Paşinyan isə bizə məhəl qoymadığına və reaksiya vermədiyinə görə, seçicilərini həyatından kənarlaşdırdı. Bu, təkcə meydana toplaşanların deyil, Ermənistandan kənarda yaşayanların da tələbidir. Biz onu istefa verməyə məcbur edəcəyik. İlk addımımız parlamentdə Paşinyana etimadsızlıq səsverməsinə nail olmaq və onun istefasını təmin etməkdir. Bu prosesin təşkilini parlamentdəki üç fraksiya ilə müzakirə edəcəyik. Cavab müsbət olmasa, biz dinc itaətsizlik aksiyaları təşkil edəcəyik”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az