Paşinyan hərəkətə keçdi: “Bütün təxribatçılar…”

“Mitinqdə təxribat baş versə, hüquq-mühafizə orqanları sərt tədbirlər görəcəklər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Paşinyan ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, hakimiyyət Baqrat Qalstanyanın dövlət əleyhinə addımları və mümkün hərəkətləri barədə açıq şəkildə məlumatlandırılıb.

“Hüquq-mühafizə orqanları bütün lazımi vasitələrə malikdir və mümkün təxribat və iğtişaşlara qarşı sərt tədbirlər görməyə hazırdır. Bütün təxribatçılar statusundan asılı olmayaraq saxlanılacaq”, – qəzet yazıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az