Bakıdakı bu parka dəhşətlə baxırlar: reallıq fərqlidir – FOTO

“44 günlük müharibədən sonra xarici dövlətlərdə, bəzi dairələrdə Bakıda yaradılan Hərbi Qənimətlər Parkına qarşı münasibət aqressiv idi. Sanki dünyada qələbədən sonra qənimətlərdən park yaradan ilk ölkə bizik”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

O, bir neçə ölkəni nümunə olaraq göstərib:

“Fransada bu gün də neçə kilsə var ki, qətl edilmiş sümüklər divarına hörülüb. Böyük Çin Səddi milyonlarla insanın sümükləri üzərində tikilib. Britaniya, ABŞ, Rusiya və digər böyük dövlətlərdə yüzlərlə belə fakt var. Bunlardan biri də dünyaya insan hüquqları və demokratik dəyərlər təbliğ edən Yaponiyadır. Şəkildə gördüyünüz tikil Mimizuka (“Qulaq kurqan” və ya “Qulaqlı məzar”) Yaponiyanın Kyoto şəhərində yerləşən və öldürülən Koreya əsgərlərinin və mülki şəxslərin kəsilmiş burunları, qulaqları və bədən üzvlərinin istifadə edildiyi abidədir”.

Yaponiyada yerləşən “Qulaq kurqan” və ya “Qulaqlı məzar”

Tarixçi qeyd edib ki, Yaponiyada döyüşçülər iştirak etdikləri müharibələrdə öldürdükləri düşmənlərin başını kəsib geriyə – öz ölkələrinə gətirirdilər:

“1592-1598-ci illərdə Yaponiya Koreyaya qarşı müharibə elan edir. Müharibənin məqsədi Koreyanı işğal etmək idi. Bu dövrlərdə yaponlarda öldürdükləri düşmən əsgərlərinin başını mükafat kimi öz vətənlərinə aparmaq hələ də geniş yayılmışdı. Ancaq öldürülən koreyalıların sayının çox olması və ordunu daşıyan gəmilərin pis şəraiti əsgərlərə yalnız düşmənlərin kəsilmiş qulaq-burunlarını götürmək imkanı yaradırdı. 1596-cı ildə 160 min yapon əsgəri müharibə üçün Koreyaya getdi, döyüşlər zamanı 185.738 koreyalı və 29.014 çinli olmaqla cəmi 214.752 nəfəri əsir götürdü. Lakin onların heç birinin sağ saxlamaq fikriləri olmayan yaponlar hamısını qətl edib, burun və qulaqlarını kəsərək gəmi ilə vətənlərinə gətirdilər, düşmənlərə dərs olsun deyə bu abidəni tikmək qərarına gəldilər. Abidənin materiallarında bu bədən üzvlərindən istifadə edilib.

İndi də bu abidə turistlər üçün açıqdır. Minlərlə insan gəlib bəşəriyyətin ən dəhşətli abidəsinə baxırlar. Bizim Qənimətlər Parkı isə sadəcə, texniki avadanlıqlardan ibarət olan açıq səma altında bir muzeydir”.

Zaira Akifqızı
Globalinfo.az