Yaponiya Özünümüdafiə Qüvvələrinin hər birində dörd ekipaj üzvü olan iki “SH60K” patrul helikopteri İzu adalarında təlim zamanı qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Minoru Kihara bildirib.
Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər itkin düşüb.
Qəzanın səbəbləri araşdırılır.