İnanıram ki, HƏMAS bu təklifləri qəbul edəcək – Kemeron

Qəzzada münaqişənin nizamlanması üçün edilən yeni təkliflər 40 gün müddətinə atəşkəs rejiminin tətbiqini nəzərdə tutur.

Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

“HƏMAS-a təqdim olunan təkliflərə 40 günlük atəşkəsin əldə edilməsi, həmçinin Qəzza zolağında saxlanılan israilli girovların azad olunması müqabilində minlərlə fələstinli məhbusun İsrail həbsxanalarından buraxılması daxildir. İnanıram ki, Həmas bu təklifləri qəbul edəcək”, – Kemeron vurğulayıb.

Qeyd edək ki, Kemeron israilli girovlar azad edilməyənə qədər Qəzzada qarşıdurmanın bitməyəcəyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az