Tbilisidə mitinq: “Gürcü Arzusu”nun liderləri xalqa müraciət etdi

Tbilisidə iqtidar partiyasının xarici agentlər haqqında qanunla bağlı keçirdiyi mitinq başa çatıb.

Globalinfo.az xəbər verir ki, “Gürcü Arzusu” partiyasının liderləri, o cümlədən təsisçisi Bidzina İvanişvili, hazırkı sədri İrakli Qaribaşvili, baş nazir İrakli Kobaxidze və başqaları nümayiş iştirakçılarına müraciət ediblər.

Bir neçə saat ərzində Rustaveli prospektində, parlament binasının qarşısındakı səhnədən “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvili, hazırkı sədr İrakli Qaribaşvili, baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, siyasi assosiasiyanın icraçı katibi Mamukazerad Madinarad nümayişçilərə müraciət ediblər.

Çıxışlarda xarici agentlər haqqında qanunun qəbul edilməsinin və ölkənin suverenliyinin möhkəmləndirilməsinin zəruriliyi qeyd olunub. Eyni zamanda Gürcüstanın Avropa kursunu dəstəkləmək siyasətindən söz açılıb.

Əliyar Xəlil
Globalinfo.az