“Ukrayna NATO-ya üzv olacaq” – Stoltenberq

“Ukrayna NATO-ya üzv olacaq və bu, yalnız zaman məsələsidir”.

Globalinfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Ukrayna NATO-ya daxil olmaq üçün dönməz yolda addımlayır.

“Bizim gördüyümüz işlər Ukraynanı NATO üzvlüyünə aparır. Amma 9-11 iyulda keçiriləcək sammitə qədər NATO ölkələri Kiyevi alyansa dəvət etmək barədə razılığa gələ bilməyəcək. Bizim konsensusa ehtiyacımız var. Bütün 32 NATO üzvünün razılığa gəlməsi lazımdır. Hər halda biz Ukraynanı NATO-ya yaxınlaşdırdığımızı nümayiş etdirəcəyik. Bunun üzərində çox uğurla işləyirik. Ukraynanın yeri NATO-dadır”, – Stoltenberq vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az