İstanbulda bina buna görə çökübmüş – Saxlanılanlar var

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunuda 3 mərtəbəli binanın çökməsi ilə bağlı istintaq başladılıb.

Globalinfo.az Publika.az-a istinadla xəbər verir ki, iş üzrə bina sahibi H.M.G. və birinci mərtəbədəki dönərxananın sahibi Ö.A.D. saxlanılıb.

İlkin məlumata görə, çökməyə səbəb dönərxananın fəaliyyətinin yaşayış binasının təhlükəsizliyi normalarına uyğunsuzluğu ola bilər. Bina sahibinin obyektdəki vəziyyətdən xəbərdar olub-olmadığı araşdırılır.

Xatırladaq ki, hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.