
Xorvatiya millisi matçın əsas vaxtına əlavə edilmiş 8-ci dəqiqədə qapısında top gördü: 1-1.
Bu nəticə ilə xorvatlar qrupda 2 xalla üçüncü olsa da, ən yaxşı qrup üçüncüləri sırasına daxil ola bilmədi və yarışla vidalaşdı.
İtaliya isə ikinci yerin sahibi kimi 1/8 finala yüksəldi.
***
Modriç 54-cü dəqiqədə penaltini qaçırsa da, bir dəqiqə sonra komandasını hesabda önə keçirdi: 1-0.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Xorvatiya – İtaliya görüşü start götürüb.
Globalinfo.az xəbər verir ki, B qrupunun oyunu Leyptsiqdəki “Red Bull Arena” keçirilir.
Qeyd edək ki, qarşılaşmanı niderlandlı baş hakim Denni Makkeli idarə edir.