Paşinyanın çıxışı deputatı qorxutdu: “Əsas fələk odur ki…”

 

“Nikol Paşinyanın “2018-ci ildə ictimaiyyətin “Qarabağ qaytarılmalıdır” tələbinə qulaq asmayanda səhvə yol vermişəm” deməsi yenidən faciəni göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalifətdən olan deputat Tiqran Abramyan deyib.

Deputat hakim “Mülki Müqavilə” fraksiyasının Qarabağ və Ermənistana münasibətdə etdiklərinin qorxuducu reallıq olduğunu bildirib:

“Lakin sual yaranır. Kim deyə bilər ki, sabah, bir ay sonra hansısa ərazilər zəmanət qarşılığında veriləndə Paşinyan “2023 və 2024-cü illərdə mən deməmişdim ki, bizə bir İrəvan da kifayətdir, legitim dövlətə sahib olaq” deməyəcək. Situasiyanın ən fəlakətli tərəfi odur ki, heç kim kulisdə “Mülki Müqavilə”nin idarə edən rəhbərliyinin hansı razılıqlar əldə etdiyini və bu güzəşt siyasətinin nə vaxt bitəcəyini bilmir”.

Əliyar Xəlil
Globalinfo.az