4 kəndlə bağlı mühüm qərar – Sülh müqaviləsindən əvvəl…

qazax sulh

Qazaxın 4 kəndinin işğaldan azad edilməsinin ardınca, digər 4 kəndin də geri qaytarılıb-qaytarılmayacağı müzakirə mövzusu idi. Lakin son vaxtlar bu istiqamətdə heç bir məlumat verilmir.

İşğal altında olan 4 kəndin taleyi necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan və Ermənistan arasında 4 kəndin geri qaytarılması ilə bağlı razılığın əldə olunması iki tərəf arasında aparılan danışıqların müsbət nəticəsidir:

mehemmed esedullazadeee

Məhəmməd Əsədullazadə

“Bu, gələcək sülh müqaviləsinin imzalanması istiqamətində atılan mühüm addımdır. Hazırda işğalda olan 4 kəndlə bağlı isə Ermənistan Baş naziri Nikol Paşinyan gah referendum, gah da mübadilə məsələsini ortaya atır. Anklav olan 4 kənd Ermənistan ərazisi hesab edilmir. Onlar Azərbaycan əraziləridir. Bu referendum yolu ilə həll edilə bilməz. Mübadilə məsələsi referendumla həyata keçə bilər”.

Politoloqun sözlərinə görə, Azərbaycan-Ermənistan arasında delimitasiya, demarkasiyası ilə bağlı da danışıqlar aparılır:

“Birgə komissiya var və ABŞ, Türkiyə prosesin içərisindədir. Lakin görünən odur ki, Ermənistan silahlanaraq qeyri-konstruktiv mövqe ortaya qoymağa çalışır. Xüsusilə konstitusiya və qanunvericilik aktlarında dəyişikliklərin edilməsindən boyun qaçırır. Sülh müqaviləsi də iki ölkənin konstitusiyasına əsaslanmalıdır”.

Məhəmməd Əsadullazadənin fikrincə, Azərbaycan qəti şəkildə anklav kəndləri Ermənistana güzəştə getməyəcək:

“Sülh danışıqlarından əvvəl, yaxud sonra 4 kəndin Azərbaycana verilməsi prosesi reallaşacaq. Hazırda danışıqlar gedir, sülh mətni üzərində müzakirələr aparılır. Qarşılıqlı təkliflər də ünvanlanıb. Müsbət nəticələrin əldə edilməsi istisna deyil”.

Safura Bənnayeva
Globalinfo.az