Culian Assanc azadlığa buraxıldı

assanj 1

“Vikiliks”in rəhbəri Culian Assanc 2019-cu ildən saxlanıldığı Britaniyanın Belmarş həbsxanasından çıxaraq ölkəni təyyarə ilə tərk edib.

Globalinfo.az  xəbər verir ki, bu barədə “Vikiliks”in X hesabında məlumat yayılıb.

“O, 1901 gün keçirdiyi Belmarşı iyunun 24-ü səhər tərk edib. London Ali Məhkəməsi onu girov müqabilində buraxıb. Assanc Stansted aeroportuna gedib, təyyarə ilə Böyük Britaniyanı tərk edib”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Culian Assancın həyat yoldaşı Stella Assanc ərinin azadlığa buraxılması üçün ABŞ Prezidenti Co Baydenə çağırış etmişdi.