Dərbənddə keşişin boğazı kəsildi, mühafizəçi güllələndi – Təfərrüat / FOTO

Dərbənddəki kilsənin keşişi Nikolay Ata və Mahaçqaladakı kilsənin mühafizəçisi öldürülüb.

Globalinfo.az xəbər verir ki, “Mash” Teleqram kanalı məlumat yayıb.

Hadisənin təfərrüatı açıqlanıb. Belə ki, cinayətkarlar içəri daxil olaraq bir kilsədə mühafizəçini güllələyib və digər kilsədə isə din xadiminin boğazını kəsiblər.

Nikolay Ata

Dağıstan ictimai monitorinq komissiyasının sədr müavini, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidməti yanında regional ictimai şuranın üzvü Şamil Xadulayev hadisə ilə bağlı açıqlamasında deyib:

“Dərbənddə kilsədəki Nikolay Atanın 66 yaşı var idi, xəstə idi. Onun boğazı kəsilib. Mahaçqala-1 kilsəsində isə mühafizəçi Mixail qaz tapançası ilə güllələnib”.

Qeyd edək ki, Dərbənd və Mahaçqalada silahlı şəxslər iki pravoslav kilsəsinə, sinaqoqa və yol polisi postuna hücum ediblər,