
Zelenski Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanını vəzifəsindən azad edib.
Globalinfo.az xəbər verir ki, Yuri Sodol briqada generalı Andrey Qnatovla əvəzlənib.
Qeyd edək ki, bir gün öncə Azov Baş Qərargahının rəhbəri Boqdan Kroteviç Dövlət İstintaq Bürosuna Sodolun əleyhinə ərizə yazıb. O, Sodolu səriştəsiz komandanlıqda, böyük canlı qüvvə və ərazi itkisində ittiham edib.
Həmçinin Kroteviç Dövlət İstintaq Bürosundan generalın Rusiya ilə mümkün iş birliyinin araşdırılmasını xahiş edib.
Xatırladaq ki, bundan əvvəl Sodolu Ali Radanın müdafiə komitəsinin sədr müavini Maryan Bezuqlaya da tənqid edib.
Müşviq Tofiqoğlu
Globalinfo.az