Bakının Zəngəzur dəhlizinə nəzarəti ABŞ-ı da qane edər

Paşinyanın hakimiyyətdə qalmasının dəyəri Ermənistana qarşı yeni müharibə üçün kart-blanşa çevrilə bilər. 

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

“Paşinyan hakimiyyətini saxlamaq üçün yeni meydança yaratmağa çalışır. ABŞ-la strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə keçirmək istəyir. Rusiya və İran bununla bağlı dəfələrlə bəyan ediblər ki, regiondan xaric oyunçuların Cənubi Qafqazda mövcudluğuna dözüm göstərməyəcəklər. Bəs bu, Paşinyanın hakimiyyətdə qaldığı müddətcə nə anlama gəlir? Məsələ odur ki, Paşinyan üçün prioritet Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır, Azərbaycan bunun üçün maneə kimi Zəngəzur dəhlizini görür. Paşinyan və Qərb hesab edir ki, dəhliz ABŞ-ın nəzarətinə verilməlidir, lakin Rusiya və İran üçün belə olan halda onun Azərbaycanın nəzarətində qalması sərfəlidir. Onlara görə, bu daha az təhdid deməkdir. Bu həm də o deməkdir ki, Rusiya və İran Bakıya dəhlizin nəzarətə götürülməsi üçün kart-blanş verə bilərlər. Görünür bu həm də Vaşinqtonu qane edir. ABŞ-ın nə deməsindən, necə qəzəblənməsindən asılı olmayaraq, onlar hadisələrin bu cür inkişafı halında strateji baxımdan qazanmış olurlar. Başqa sözlə, Paşinyan görünəndən daha böyük təhdid kəsb edir” – deyə o bildirib.

Globalinfo.az