Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalayacaq

“Rusiya İranla əməkdaşlıq müqaviləsi imzalamağa hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko məlumat verib.

“Mətn üzərində iş artıq yekunlaşmaq üzrədir. Bütün lazımi ifadələr tapılıb”, – Rudenko bildirib.
Onun sözlərinə görə, indi iki ölkənin əsas vəzifəsi bu cür sənədlərin imzalanması ilə bağlı müəyyən prosedurları başa çatdırmaqdır.

Safura Bənnayeva
Globalinfo.az