
Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Hadisənin səbəbi hələ ki məlum deyil.
***16:10
İstanbulda (Türkiyə) Tuzla qəsəbəsinin Dəri Sənaye Bölgəsində yerləşən fabrikində dəhşətli yanğın başlayıb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, hələlik yanğının səbəbi məlum deyil, lakin alovlar qısa müddətdə böyüyərək bütün fabriki bürüyüb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Yanğın zamanı fabrikdə mütəmadi olaraq partlayış səsləri eşidilib.
Hazırda yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir. Fabrikə dəyən ziyanın miqyası hələlik, müəyyənləşdirilməyib.
Hadisənin başvermə səbəbləri araşdırılır.