Ermənistan “Sezar”da ilişib: “Silahlar ölkəyə necə gətiriləcək?”

465452190 0 160 3072 1888 1920x0 80 0 0 5aaac05754d0d153423ccc2aa512f36f.jpg

“Ermənistan rəhbərliyinin absurd fəaliyyətləri xarici siyasət arenasında xaosa gətirib çıxarır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin politologiya üzrə doktoru Artur Xaçikyan deyib.

“Ermənistanın xarici siyasəti hələ də başadüşülməzdir. Deyirlər ki, Ermənistan Rusiyadan ayrılmaq istəyir, amma heç cürə ayrıla bilmir. Sonra da deyir ki, Ermənistan Qərbə gedir, amma nəticədə bu da baş vermir. Ona görə də Ermənistanın xarici siyasəti uşaq nağılları üzərinə, aydın imkanlar və praqmatizm üzərində qurulmalıdır” – deyə o bildirib.

Xaçikyan Fransandan alınan “Sezar” haubitsaları ilə bağlı da fikrini bildirib. O deyib ki, bu silahlar Fransadan alınan “Bastion”lardan daha ciddi texnikadır:

“Lakin sual odur ki, bu qurğular Ermənistana necə çatdırılacaq? Çünki faydasız “Bastion”ların gətirilməsində belə problem yaşandı, onlar Ankaranın bir zəngi ilə bir aydan çox Gürcüstan limanında gözlədildi. Yaxşı, deyək ki, qurğuları gətirdik, bəs onun sursatları necə gətiriləcək? Biz axı xatırlayırıq ki, müharibə vaxtı Gürcüstan sərhədini üzümüzə bağlamışdı. Bəs zəmanət varmı ki, onlar yeni aqressiya halında yenidən bunu etməyəcəklər? Bu zaman bu qurğular necə istifadə ediləcək?”.

Xaçikyana görə, Ermənistanın regionda mövcud olmasında maraqlı yeganə ölkə İrandır və məhz onunla hərbi-texniki əməkdaşlıq artırılmalıdır. O həmçinin Ermənistanın Rusiya ilə münasibətlərini tam pozduğunu deyib və bununla da ölkənin xarici siyasətinin tam fiaskoya məruz qaldığını söyləyib.

Xaçikyan deyib ki, İrəvandan fərqli olaraq Bakı və Ankara çox praqmatik siyasət yürüdür. Onun fikrincə, Bakı güc dilindən danışmağı dayandırmayacaq, çünki Ermənistandan daha çox şey ala biləcəyini düşünür:

“Deyirlər ki, biz hər şeyi güzəşt edəcəyik, hansısa sənəd imzalayacağıq, amma eyni zamanda müharibə təhdidi barədə danışıqlar davam edir. Bu dəliliyi şərh etmək mümkün deyil”.

Tahir Turan
Globalinfo.az