Fidandan Ərdoğan Putin görüşü ilə bağlı yeni açıqlama

“Ərdoğan Qazaxıstanda Putinlə danışıqları planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Putinin Türkiyəyə səfərinin gözlənildiyini bildirib.

“Ərdoğanın iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Putinlə danışıqlar aparacağı gözlənilir. Görüşün gündəliyinə Ukraynadakı vəziyyət, ikitərəfli məsələlər, xüsusən də Türkiyədə qaz qovşağının tikintisi daxildir. Yaxın günlərdə yəqin ki, Prezident Ərdoğan Qazaxıstanda Putinlə görüşəcək”, – deyə Fidan vurğulayıb.

“Rusiya və Türkiyə liderləri arasında təfərrüatlı ikitərəfli görüşün vaxtı çatıb. Həm Moskva, həm də Ankara bunu başa düşür. Ərdoğan ŞƏT-in Astana sammitində iştirak edərsə, Kreml belə görüşlərin keçirilməsi imkanını müzakirə edəcək”, – deyə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az