cd6b26c5 53cc 4bc6 853d 30aaa82c1194 850

“Fransa Ermənistana silah satmaqla Azərbaycanı qıcıqlandırır”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı keçmiş həmsədr Ceyms Uorlik deyib.

“Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var. Lakin biz sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Fransanın bu addımı Ermənistanla Azərbaycan arasında münasibətlərdə yeni təxribatçı element rolunu oynayır. Fransa Azərbaycanla sülh sazişi imzalandıqdan sonra Ermənistanla silah tədarükü ilə bağlı müqavilə bağlamalı idi. Təəssüf ki, biz sülh sazişinə yaxınlaşdıqca belə bir addımın atılması çaşqınlıq yaradır və danışıqları daha da çətinləşdirir”, – deyə Uorlik vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: