ABŞ rəsmisindən gülünc iddia: Xaçikyanın Zəngəzurda nə işi var?

1643608177 nina xaikyan pentaqon

ABŞ Dövlət Departamentinin şəhər və dövlət diplomatiyası üzrə xüsusi nümayəndəsi Nina Xaçikyan Zəngəzura səfər edib.

Globalinhfo.az xəbər verir ki, o, bu barədə “X” platformasında paylaşımında bildirib.

N.Xaçikyan səfərin Zəngəzurda tarixi və mədəni yerlərlə tanış olmaq üçün səfər etdiyini bildirib:

“Evə qayıtmadan əvvəl naxıırncı həftəsonumu Sünikdə ( Zəngəzur -red.) keçirdim. Tarix, mədəniyyət, ecaskar təbiət məni valeh etdi”.

Erməni əsilli ABŞ rəsmisi N. Xaçikyan Zəngəzurun “qədim erməni torpağı” olduğunu, ermənilərin on min illərdir orada yaşadığını iddia edib. O, Ermənistanı “xiristianlığı qəbul edeən ilk dövlət”  adlandırıb və Zəngəzurda yerləşən kilsələrin buna nümunə olduğunu deyib.

Qeyd edək ki, erməni əsilli Nina Xaçikyan 2022-ci ilə kimi Los-Anceles merinin beynəlxalq məsələlər üzrə birinci müavini olaraq çalışıb. Daha sonra isə ona ABŞ Müdafiə Nazirliyində yüksək vəzifə verilib.

Ayşən Mustafa
Globalinfo.az